Bərdədə ana doğuşdan sonra öldü - Yenilənib
- 09.07.2022, 10:30,
- Kriminal
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdədə ana doğuşdan sonra ölüb."Qanunyolutv.az" xəbər verir ki, iyulun 5-də 1997-cı il təvəllüdlü Həsənov Sahilə Tahir qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilib. O, qeysəriyyə əməliyyatından 3 gün sonra xəstəxanada dünyasını dəyişib.
Qadına böyrək çatışmazlığı diaqnozu qoyulub.
İlkin məlumata görə, S.Əsədovanın dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşıdır.
Faktla bağlı araşdırma aparılır.
****
TƏBİB-dən bildirilib ki, Tərtər rayonundan ağır preeklampsiyası olan 38 həftəlik hamilə qadın Bərdə Doğum Evinə müraciət edib. Bundan əvvəl də iki dəfə qeysəriyyə əməliyyatı keçirən qadının arterial təzyiq problemi olub: “Əməliyyata qəbul edilən qadının vəziyyəti qənaətbəxş olmayıb. Uşaq əməliyyat yolu ilə ana bətnindən azad edilib.
Reanimasiyaya yerləşdirilən qadının zahılıq dövründə də preeklampsiyası davam edib. Onun müalicəsi üçün Bakı və Sumqayıtdan həkim-mütəxəssislər cəlb edilib, bütün zəruri tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Uşağın vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir”.
