Xəbər verdiyimiz kimi, Vatikan Roma Papası Fransiskin vəfat etdiyini açıqlayıb.
“Qanunyolutv.az”-ın məlumatına görə, 88 yaşlı Papanın ən son görüntüləndiyi tədbir dünən Vatikanda Pasxa bayramı ilə bağlı ictimaiyyətin qarşısında çıxış etməsi olub.
Bununla yanaşı, Fransisk dünən ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə də qısa görüş keçirib.