Şamaxı rayonunda müşahidə olunan güclü külək, intensiv yağış və leysanla bağlı rayon icra hakimiyyəti tərəfindən operativ tədbirlər davam etdirilir.
“Qanunyolutv.az” xəbər verir ki, rayonda fəaliyyət göstərən müvafiq dövlət strukturları bütün ərazi üzrə dəymiş fəsadların aradan qaldırılması üçün səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışır.
Güclü külək nəticəsində aşan ağacların ərazidən götürülməsi və ərazi üzrə selötürücü qurğuların nəzarətdə saxlanılması təmin olunur.
Qeyri-sabit hava şəraiti ilə bağlı rayonun elektrik şəbəkəsində də qısa müddətli fasilə yaranıb, görülmüş operativ tədbirlər nəticəsində rayonda fasiləsiz elektrik enerjisinin verilişi əsasən bərpa olunub.
Hazırda rayon ərazisində küləyin sürətinin zəiflədiyi müşahidə olunsa da, çaylarda selin səviyyəsinin yüksəldiyi, bəzi dağ kəndlərində yağışın və qarın yağması davam edir.