TƏBİB-in əməkdaşı qəzada öldü - Yenilənib

TƏBİB-in əməkdaşı qəzada öldü - Yenilənib

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə vəfat edib.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, Sevil Abdullazadə avtomobil qəzası nəticəsində ötən gün dünyasını dəyişib.
****

Sosial şəbəkələrdə yayılan məlumata görə, Sevil Abdulla qızı Abdullazadə Ağstafa rayon Dağ Kəsəmən kənd sakini olub.

O, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Təhsilini magistratura pilləsinin son kursunda davam etdirirmiş. Atası Abdulla Abdullayev Ağstafanın tanınan musiqiçilərindəndir.


Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter