Adil Əliyev növbəti dəfə gənclərlə görüşdü - Fotolar

Adil Əliyev növbəti dəfə gənclərlə görüşdü - Fotolar

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin “Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq” adlı layihəsi çərçivəsində RİH başçısı Adil Əliyev növbəti dəfə rayonun Əmircan qəsəbəsi üzrə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə görüş keçirib.

“Qanunyolutv.az” xəbər verir ki, görüşdə RİH başçısının müavinləri, 84, 87, 97, 114, 154 saylı tam orta məktəblərin direktorları, müəllim heyəti və
10-11-ci sinif şagirdləri iştirak ediblər.

Adil Əliyev çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı rolundan bəhs edib. O, vurğulayıb ki, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. RİH başçısı qeyd edib ki, istənilən xalq üçün müstəqil, suveren dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki qələbə, antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpa olunması müasir Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırdı.

Görüş zamanı RİH başçısı bildirib ki, bu gün Azərbaycan dövləti tərəfindən gənclərə böyük dəstək var. Ölkə başçımız tərəfindən gənclər siyasəti ilə bağlı bir neçə dövlət proqramları qəbul edilərək reallaşdırılıb və bu proses davam edir. Adil Əliyev gənclərə həyatda özlərini təsdiq etməsi, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi üçün öz faydalı tövsiyələrini verib. O, həmçinin, gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb.

Sonda bütün şagirdlərə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter