Şəhid anası yenidən məktəb direktoru oldu
- 11.01.2025, 12:00,
- Xəbər / Sosial / Təhsil
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin direktor vəzifəsinin icrası şəhid anası Mehriban Sultanovaya tapşırılıb."Qanunyolutv.az" xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, hazırda Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini olan Mehriban Sultanovaya 8 yanvardan etibarən Çaxırlı kənd tam orta ümumtəhsil məktəbinin direktor vəzifələrinin icrası həvalə olunub.
Məlumat üçün bildirək ki, Mehriban Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. Niyaməddin Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub. O, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra
“Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!