Polad Həşimov - 50 il!
- 02.01.2025, 09:30,
- Xəbər
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Şəhid general-mayor Polad Həşimovun doğum günüdür.“Qanunyolutv.az”-ın məmulatına görə, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib.
O, Sumqayıtda orta məktəbi bitirib. Heydər Əliyev adına ali məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib.
Polad Həşimov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.
General-mayor Polad Həşimov iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
İyulun 14-də onun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. Şəhid general iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.
9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.
Cənnətdəki mövludun mübarək Cənab General!