Qadın iş yerində öldürüldü - Keçmiş əri saxlanıldı
- 18.11.2024, 10:00,
- Xəbər / Kriminal / Səhiyyə
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Füzuli rayonunda qadın qətlə yetirilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, hadisə Füzuli Rayon Diaqnostika Mərkəzinin həyətində baş verib. Rayonun Böyük Bəhmənli kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Bağırov xəstəxananın həyətinə daxil olaraq balta ilə keçmiş arvadı 1983-cü il təvəllüdlü Dilbər Namazovaya zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibbi yardıma baxmayaraq, vəfat edib.
Bildirilir ki, Dilbər Namazova xəstəxanada laborant vəzifəsində çalışırmış. Cütlük 2016-cı ildə rəsmi boşanıb və D.Namazova övladları ilə birgə anasının evində yaşayırmış.
Ali təhsilli olan Elsevər Bağırov isə daha əvvəl ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rayon şöbəsində çalışıb. O, Vətən müharibəsində iştirak edib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
ALLAH RƏHMƏT ELƏSİN!