Daha bir qadın keçmiş əri tərəfindən öldürüldü - Yenilənib

Daha bir qadın keçmiş əri tərəfindən öldürüldü - Yenilənib

Bakıda 40 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

"Qanunyolutv.az" xəbər verir ki, iyulun 15-də Binə qəsəbəsindəki fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Arzuman Fazilov şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam etdirilir.
****

"Qanunyolutv.az"-ın əldə etdiyi məlumata görə, ilkin araşdırmalar zamanı məlum olub ki, bir neçə il əvvəl Vüsalə ilə Arzuman yola getmədikləri üçün boşanıblar. Bundan sonra qadın 2 övladı ilə birgə Binə qəsəbəsində kirayə tutduğu evdə yaşamağa başlayıb. Boşanmalarına baxmayaraq, Arzuman keçmiş həyat yoldaşını izləyib. O, dünən axşam küçədə Vüsaləyə yaxınlaşmaq istəyib. Arzumanın onu öldürəcəyini güman edən qadın dərhal qaçmağa başlayıb və kömək çağıraraq küçədən qonşunun həyətinə daxil olub. Lakin Vüsalə Əliyevanın ardınca həmin evin həyətinə daxil olan Arzuman Fazilov ona çoxsaylı bıçaq zərbələri endirib. Qonşular təcili tibbi yardım çağırsa da, Vüsalənin həyatını xilas etmək mümkün olmayıb.

Arzuman Fazilov saxlanılıb. O, ilkin ifadəsində boşanmalarına baxmayaraq, keçmiş arvadını qısqandığını və qətli də bu zəmində törətdiyini bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter