Məşhur karate ustası azyaşlı tələbəsinə təcavüz edib? - Yenilənib

Məşhur karate ustası azyaşlı tələbəsinə təcavüz edib? - Yenilənib

Tanınmış karate müəllimi Tərlan Cavadov həbs edilib.

“Qanunyolutv.az” Oxu.Az-a istinadən xəbər verir ki, o, Yasamal Rayon Polis İdarəsinə aparılıb.

Onun tələbəsi ilə insident yaşadığı üçün saxlanıldığı deyilir.

Qeyd edək ki, Tərlan Cavadov uzun illərdir karate üzrə tələbə hazırlayır.
****

Bakıda həbs edilən tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham edildiyi məlum olub.

“Qanunyolutv.az” Report-a istinadən xəbər verir ki, Tətlan Cavadov yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinir.

Zərərçəkmişin onun yetirməsi olduğu bildirilir. Azyaşlının valideynləri tərəfindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub. Polis tərəfindən müraciət dərhal araşdırılıb və Tərlan Cavadov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi Tərlan Cavadov barəsində həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter