Həbs müddətləri uzadıldı
- 06.09.2024, 16:30,
- Xəbər / Kriminal
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalist Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə ilə bağlı yenidən məhkəməyə müraciət edilib.“Qanunyolutv.az”-ın məlumatına görə, prokuror ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş eyni qətimkan tədbirinin uzadılmasını istəyib.
Xətai Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.Qərara əsasən, Elnarə Qasımovanın həbs müddəti noyabrın 13-nə, F.Mehralızadəninki isə dekabrın 19-na kimi uzadılıb.
Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər. Onlar qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə ittiham edilirlər.