Paşinyan həmin xəritəni parlamentdə göstərdi
- 22.05.2024, 18:30,
- Xəbər
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni göstərib.“Qanunyolutv.az”, “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, bu haqda parlamentdə hökumət saatı zamanı danışıb.
Paşinyan bildirib ki, o, Tavuşda güzəştlər barədə ittihamları qəbuledilməz və məntiqsiz hesab edir, çünki mövcud dövlət sərhədi de-yure bərpa olunur:“Mən bunu uğur hesab edərdim, çünki Ermənistan tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi yaradır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.
Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib:“1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər var idi və biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və yer üzündə “sərhəd keçdiyi yerdən keçir” prinsipi ilə bərpa etdik”.
“Ermənistanın suveren ərazisi delimitasiya olunmuş ərazilərdədir”, - Paşinyan əlavə edib.
