Ruslan Əliyev vəzifəsindən azad edildi - Yeni təyinat - Yenilənib
- 11.03.2024, 12:30,
- Xəbər / Sosial
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azəriqaz” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.
Digər sərəncamla “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi Azər Məmmədova həvalə edilib.
Qeyd edək ki, Azər Məmmədov daha əvvəl “SOCAR Georgia”nın törəmə şirkəti olan “SOCAR Georgia Gas”ın baş direktoru vəzifəsini icra edib.
Hazırkı təyinatadək isə baş direktorun müavini vəzifəsində çalışırdı.
****
"Qanunyolutv.az" xəbər verir ki, SOCAR-dan cavab olaraq Azər Məmmədovun “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edildiyi təsdiqlənib.