Üç xəstəxanaya yeni direktorlar təyin olundu - Fotolar
- 19.02.2024, 15:00,
- Xəbər / Səhiyyə
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı TƏBİB məlumat yayıb.
Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.
Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad RMX-yə Namiq Həsənov, Kürdəmir RMX-yə isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.Yeni direktor
İntiqam İbrahimov ixtisasca otolorinqoloqdur. O, bu təyinatadək Ağdaş RMX-nin direktor müavini - baş həkim vəzifəsini icra edib.
Cəlilabad RMX-nin direktoru
Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib.
Kürdəmir RMX-nin direktoru
Elçin Bilalov ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş RMX-nin nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb.
Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.
