Yasamalda Gənclər Günü qeyd edildi

Yasamalda Gənclər Günü qeyd edildi

Yasamal Rayon İcra Hakimiyyətində 2 fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar iclas keçirilib.

“Qanunyolutv.az” xəbər verir ki, ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi yad edilib.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib.

Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yeni nəsil yetişib. Dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Bildirilib ki, Prezident 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından istifadə olunmasına, dövlət idarəçiliyində iştirakına gətirib çıxarıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin “Gənclər ili” elan edilməsində də göstərib.

Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır.Azərbaycan Prezidenti hər zaman gənclərə xüsusi önəm verib. Çünki məhz gənclər dövləti və xalqı ağır, tarixi sınaqlardan çıxarırlar.

Bildirilib ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi olub. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub! Onların bir çoxu məhz Prezidentin hakimiyyəti illərində böyüyüb və təlim-tərbiyə alıblar.

Elşad Həsənov bildirib ki, 7 fevral tarixində ölkəmizdə baş tutacaq Prezident seçkilərində biz birlik və gücümüzü bir daha hər kəsə göstərməliyik. Səsvermə hüququna malik hər kəs fəal olmalı və seçkidə iştirak etməlidir.

Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc xüsusi diplomlarla təltif edilib. Tədbir bədii ifa ilə yekunlaşıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter