Qaribaşvili istefa verdi

  • 29.01.2024, 17:00,
  • Xəbər
  • Baxılıb: 0
Qaribaşvili istefa verdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

“Qanunyolutv.az”, “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Qaribaşvili bu barədə məlumatı keçirdiyi xüsusi brifinqdə açıqlayıb.

Gələcək planlarından danışan İrakli Qaribaşvili bildirib ki, ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini icra etmək barədə təklifi qəbul edib.

Xatırladaq ki, “İmedi” telekanalı “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin namizədliyinin Baş nazir postuna irəli sürüləcəyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, İrakli Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.

Onu da qeyd edək ki, Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter