Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 9-da polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
“Qanunyolutv.az” xəbər verir ki, sıra baxışında DİN-ə onlayn müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 177 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 21 nəfər Vətən müharibəsinin iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.