Erməni diversanta 18 il həbs cəzası verildi - Yenilənib
- 07.12.2023, 16:00,
- Xəbər
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Voskanyan Qaqik Aşotinin verilmiş ittihamlarla təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Hazırda təqsirləndirilən şəxsin vəkili Dilsuz Məmmədov müdafiə çıxışı edir.
Gün ərzində hökm elan ediləcəyi gözlənilir.
****
Vəkil çıxışında müvəkkilinə münasibətdə ədalətli hökm çıxarılmasını xahiş edib.
“Mən ədalətli mühakimə edilməyimi istəyirəm. Yalvarıram”, - Voskanyan son sözündə deyib.Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.
****
Prosesdə hökm oxunub.
Hökmə əsasən, Voskanyan Qaqik Aşotin 18 il müddətə azadlıqdan məhrum edilib.O, təyin olunmuş cəzanın 5 ilini qapalı, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.