Naxçıvanda yeni nazirlik yaradıldı - Təyinat
- 01.11.2023, 12:00,
- Xəbər
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb.“Qanunyolutv.az” xəbər verir ki, Sərəncamla Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb.
Anar İbrahimovun digər Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Rahid Ələkbərli gətirilib.
Eyni zamanda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rahid Ələkbərliyə həvalə olunub.
Xatırladaq ki, sentyabrın 8-də R. Ələkbərli Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri təyin edilmişdi. Rahid Ələkbərli əslən Şahbuz rayonundandır. O, yeni təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.
