Suraxanıda növbəti səyyar qəbul keçirildi - Fotolar
- 24.02.2023, 11:30,
- Xəbər / Sosial
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Suraxanı Rayon İcra hakimiyyəti başçısı Əziz Əzizov növbəti dəfə vətəndaş qəbulu keçirib. “Qanunyolutv.az” xəbər verir ki, qəbul fevralın 23-də rayonun Əmircan qəsəbəsində yerləşən A.Muradov adına 84 nömrəli tam orta məktəbdə təşkil olunub.Görüşdə RİHB-nın müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyədə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Son illər ərzində Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı uğurlara imza atan ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışan Əziz Əzizov ölkə başçısının bir neçə gün öncə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışından bəhs edib, eləcə də rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
