Onlara “Əməkdar jurnalist” fəxri adı verildi
- 30.11.2022, 16:30,
- Xəbər
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.“Qanunyolutv.az” xəbər verir ki, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:1.
Aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:Əliyev İlham Yaylaqalı oğlu
Musayev Alqış Həsən oğlu.2.
Aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:Xəlilov Zahid Abdulla oğlu
Şadlinski Vaqif Bilas oğlu
Vəliyev Misirxan İzzət oğlu.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.