Bir qrup şəxs “Prezidentin fəxri diplomu” ilə təltif edildi

  • 30.11.2022, 16:30,
  • Siyasət
  • Baxılıb: 33
Bir qrup şəxs “Prezidentin fəxri diplomu” ilə təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Qanunyolutv.az” xəbər verir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:


Əliyev Pənah Əli oğlu

İbrahimov Eldar Rza oğlu

Quliyev İsgəndər Həsən oğlu

Məmmədhəsənov Rafiq Musa oğlu

Nəsirov Məmməd Yahya oğlu”.

****

Prezident İlham Əliyev, həmçinin Vayra Vike-Freyberqanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter