Gürcüstan- Azərbaycan sərhədində böyük tıxac yarandı - Video

  • 24.11.2022, 22:30,
  • Xəbər
  • Baxılıb: 58
Gürcüstan- Azərbaycan sərhədində böyük tıxac yarandı - Video

Gürcüstan- Azərbaycan sərhədində minlərlə yük maşını növbə gözləyir.

“Qanunyolutv.az”, “Xəzər.xəbər”ə istinadən xəbər verir ki, artıq günlərdir Azərbaycanla Gürcüstan arasındakı Qırımızı Körpü sərhəd - keçid məntəqəsinin Gürcüstan hissəsində yük maşınları 30-km-dən uzun məsafədə növbə gözləyirlər.

Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamenti Qırmızı Körpü sərhəd- keçid məntəqəsinin fəaliyyəti ilə bağlı heç bir problemin olmadığını bildirib.

Məlumat üçün onu da bildirək ki, bu hal son aylarda Qırmızı körpü sərhəd-keçid məntəqəsində yaranmış ikinci böyük sıxlıqdır. Tıxacın yaranmasına səbəbin Rusiya-Gürcüstan arasındakı Yuxarı Lars sərhəd- keçid məntəqəsi ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar çox sayda sürücünün Qırmızı Körpü sərhəd- keçid məntəqəsinə üz tutmasının olduğu güman edilir.

Daha ətraflı videomaterialda:
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter