Xəzər dənizində Rusiya gəmiləri toqquşdu - Ölən var+Yenilənib

  • 07.10.2022, 19:00,
  • Xəbər
  • Baxılıb: 27
Xəzər dənizində Rusiya gəmiləri toqquşdu - Ölən var+Yenilənib

Xəzər dənizində Həştərxan yaxınlığında iki kiçikhəcmli gəmi toqquşub.

“Qanunyolutv.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində xəsarət alanlar var.

“Oktyabrın 7-də saat 17:20-də Baş idarənin operativ növbətçiliyinə İkryaninski rayonunda, Xəzər dənizində iki kiçikhəcmli gəminin toqquşması barədə məlumat daxil olub. Toqquşma nəticəsində xəsarət alanlar var”, - məlumatda deyilir.
****

Rəsmilər hadisə nəticəsində bir nəfərin öldüyünü bildirib.

Qeyd edilir ki, şturmanlardan biri olan 2000-ci il təvəllüdlü kişi təcili yardım gələnə qədər ölüb, ikinci gəminin şturmanı xəsarət almayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter