Zakir Həsənov və Elçin Quliyev II Şəhidlər xiyabanını ziyarət etdilər - Fotolar + Yenilənib

  • 27.09.2022, 11:00,
  • Xəbər
  • Baxılıb: 41
Zakir Həsənov və Elçin Quliyev II Şəhidlər xiyabanını ziyarət etdilər - Fotolar + Yenilənib

Sentyabrın 27-də Vətən müharibəsinin ikinci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib.

“Qanunyolutv.az” xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib. Sonra Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Zakir Həsənov və Elçin Quliyev II Şəhidlər xiyabanını ziyarət etdilər - Fotolar + Yenilənib

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.
Zakir Həsənov və Elçin Quliyev II Şəhidlər xiyabanını ziyarət etdilər - Fotolar + Yenilənib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
****

Vətən müharibəsinin ikinci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti II Şəhidlər xiyabanını ziyarət ediblər.
Zakir Həsənov və Elçin Quliyev II Şəhidlər xiyabanını ziyarət etdilər - Fotolar + Yenilənib

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.
Zakir Həsənov və Elçin Quliyev II Şəhidlər xiyabanını ziyarət etdilər - Fotolar + Yenilənib

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter