Moldova Prezidenti İlham Əliyevə zəng etdi
- 30.05.2022, 19:00,
- Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Moldova Prezidenti Maya Sandu Prezident İlham Əliyevə zəng edib.“Qanunyolutv.az” xəbər verir ki, bu haqda məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Telefon danışığı əsnasında Maya Sandu Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib və ən səmimi arzularını çatdırıb.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub, enerji, iqtisadi və ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin regional və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.