Ağcabədidə yeni doğulmuş körpə tapıldı - Foto

  • 22.07.2021, 13:30,
  • Xəbər
  • Baxılıb: 29
Ağcabədidə yeni doğulmuş körpə tapıldı - Foto

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: “Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə”.

Qeyd edək ki, daha öncə Sumqayıt Ucarda körpələr küçəyə atılmışdı.
****
"Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanının ərazisində yeni doğulmuş uşaq tapılıb. Uşaq Rayon Mərkəzi Xəstəxanasına təhvil verilib. Faktla bağlı hal-hazırda Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.
Ağcabədidə yeni doğulmuş körpə tapıldı - Foto

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter