Kaxa Kaladze Şəhidlər və Fəxri xiyabanda - Fotolar
- 14.07.2021, 14:00,
- Xəbər
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya gəlib.“Qanunyolu.info.az”-ın məlumatına görə, bu gün Kaxa Kaladzenin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Kaxa Kaladze jurnalistlərə açıqlamasında Bakının çox təmiz olduğunu vurğulayaraq kommunal xidmətlər tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu qeyd edib. Onlar mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini də xüsusi vurğulayıb və bu işlərin yalnız ciddi qulluq sayəsində mümkün olmasını qeyd ediblər.
