Rövşən Əkbərovun məhkəməsinin vaxtı açıqlandı

  • 05.07.2021, 11:40,
  • Xəbər
  • Baxılıb: 27
Rövşən Əkbərovun məhkəməsinin vaxtı açıqlandı

20 il öncə Ukraynada iş adamını öldürməkdə təqsirləndirilən Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun məhkəməsinin tarixi bəlli olub.

"Qanunyolu.info.az" xəbər verir ki, Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov sədrlik edəcək.

Hazırlıq iclası iyulun 16-sı saat 10:30-a təyin edilib.

Rəsmi açıqlamaya görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter