Daha 4 Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin olundu

  • 11.06.2021, 06:30,
  • Xəbər
  • Baxılıb: 13
Daha 4 Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin olundu

Masallıda 4 Vətən müharibəsi iştirakçısı yeni vəzifələrə təyin olunub.

“Qanunyolu.info.az” xəbər verir ki, Həbib Həbibov Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şahmar Əkbərov Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi, Samir Həsənzadə Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi və Aqşin Şahin oğlu Quliyev Masallı rayon Heydər Əliyev Mərkəzində elmi işçi vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, Həbib Həbibov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Qüsursuz xidmətlərə görə” III dərəcəli, “Qüsursuz xidmətlərə görə” II dərəcəli, “Qüsursuz xidmətlərə görə” I dərəcəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə, Şahmar Əkbərov “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter