Tanınmış rusiyalı aparıcı təyyarə qəzasında öldü

Tanınmış rusiyalı aparıcı təyyarə qəzasında öldü

Tanınmış rusiyalı aparıcı Aleksandr Koltovoy yüngülmühərrikli təyyarənin sərt enməsi nəticəsində dünyasını dəyişib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “NTV” telekanalı xəbər verib.

Hadisə Moskva vilayətinin Tomilino kəndinin yaxınlığında baş verib. Aparıcının idarə etdiyi “Cessna” təyyarəsi Ramenski rayonundakı Myaçkovo aerodromundan Rıbinskə uçurmuş. Ehtimala görə, təyyarə mühərriklərin nasazlığı səbəbindən düşüb.
Tanınmış rusiyalı aparıcı təyyarə qəzasında öldü

Natalya Klimova
“REN TV” xəbər verir ki, nəqliyyat vasitəsində aparıcı ilə bərabər 33 yaşlı Natalya Klimova da olub. Bəzi məlumatlara görə, mərhum qadın 2006-cı ildən bankda çalışırmış və şöbə direktorunun müavini imiş.

İnsidentlə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, A.Koltovoy “NTV telekanalının “DNK” və “Zvyozdı soşlis” proqramlarının aparıcısı idi. 41 yaşlı aparıcı ailəli idi.
Tanınmış rusiyalı aparıcı təyyarə qəzasında öldü

Aleksandr Koltovoy (“Zvyozdı soşlis” proqramından kadr)
Tanınmış rusiyalı aparıcı təyyarə qəzasında öldü

Təyyarədən qalanlar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter