Barışmadılar, 1 ilə qədər həbs cəzası verilə bilər

Barışmadılar, 1 ilə qədər həbs cəzası verilə bilər

Türkiyənin məşhur aktyoru Ozan Güven və keçmiş sevgilisi Deniz Bulutsuz arasında barışıq baş tutmayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bir neçə aydır davam edən məhkəmə çəkişməsindən sonra tərəflər ortaq məxrəcə gəlməyib. Bundan sonra Prokurorluq tərəfindən iddianamə hazırlanıb.

Sənəddə yer alan həkim rəyinə əsasən, O. Güven yüngül xəsarət alıb. Bulutsuz barəsində yüngül yaralama ittihamı ilə 4 aydan 1 ilə qədər həbs cəzası verilməsi tələb edilib. Toplanmış materiallar İstanbul Cəza Məhkəməsinə göndərilib.

Xatırladaq ki, iyul ayında aktyor sevgilisi Deniz Bulutsuza qarşı şiddət göstərib və qadın həmin görüntüləri mediada yayıb. Daha sonra O. Güven qarşı tərəfi ittiham edərək, əslində onun şiddətə məruz qaldığını bildirib.
Barışmadılar, 1 ilə qədər həbs cəzası verilə bilər

Barışmadılar, 1 ilə qədər həbs cəzası verilə bilər

Barışmadılar, 1 ilə qədər həbs cəzası verilə bilər
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter