Daha bir aparıcı “Xəzər”dən kənarlaşdırıldı
- 31.08.2020, 09:55,
- Şou / Mədəniyyət / Xəbər
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-nin yeni sezonunda dəyişiklik baş verib. Belə ki, bir neçə gün əvvəl Zaur Kamal, Tarix Əliyev (Tolik), Ağakərim Əbülfəzoğlunun kanalın efirindən uzaqlaşdırılması, Xəzər Media Mərkəzinin nəzdindən yayımlanan Dalğa TV-də tamaşaçı qarşısına çıxacağı barədə məlumat yayılıb."Qanunyolu.info.az", “Qafqazinfo”nun əldə etdiyi məlumata istinadən, siyahıya “Evdəkilərə salam” verilişinin aparıcısı Aytəkin Mərdanova daxil edilib. O da həmkarları kimi digər kanala transfer olunub.
Bundan əlavə, mart ayından İTV ilə yollarını ayıran Leyla Quliyevanın Xəzər TV-də tutduğu vəzifə də məlum olub. Tanınmış sima kanalda kreativ şöbəyə rəhbər gətirilib.
Həmçinin kanala növbəti sezonda yeni simalar da cəlb olunub. ATV-nin siması olan aktyor-aparıcı İslam Mehrəliyev “Xəzər”də tamaşaçı qarşısına çıxacaq.
***
Aparıcı Aytəkin Mərdanova "Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən ilə əlaqə saxlayaraq yeni layihə üzərində çalışdığını, Xəzər TV-də fəaliyyət göstərəcəyini qeyd edib.
