Rusiyanın Əməkdar artisti, prodüser Bari Alibasov həyat yoldaşı, Xalq artisti Lidiya Fedoseyeva-Şukşinaya boşanma iddiası açıb. "Qanun yolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə “RİA Novosti”yə onun nümayəndəsi Vadim Qorjankin məlumat verib.“Starhit” nəşrinin yazdığına görə, boşanmaya səbəb “həlledilməz ziddiyyətlər” olub.
“Dərhal Şukşina ilə boşanmaq lazımdır, onun ailəsində biabırçılıq baş verir. Ona görə də, biz boşanma prosesinə başlayırıq. Təəssüf ki, tanışlığımız zamanı və 25 illik dostluq ərzindəki aramızda olan münasibətlər geri qayıtmayacaq”, - Alibasovun özü nəşrə danışıb.
Prodüserin maraqlarını vəkil Sergey Jorin təmsil edəcək.
Payızda Fedoseyeva-Şukşina həyat yoldaşına Moskvada təxminən on milyon rubl dəyərində mənzil hədiyyə edib. Alibasov isə öz növbəsində, mənzili köməkçisinin adına keçirib. Bundan xəbər tutan Fedoseyeva-Şukşina sövdələşmə ilə razılaşmadığını bildirib.
Aktrisanın vəkilinin sözlərinə görə, bağışlama müqaviləsini Fedoseyeva-Şukşina keçirdiyi xəstəlikdən sonra, tibbi preparatların təsiri altında imzalanıb. O düşünürdü ki, satış haqqında sənəd vəsiyyətnaməyə hansısa əlavədir.
İş məhkəməlik olub. Hələ ki, mənzilə həbs qoyulub.
Qeyd edək ki, bu, B.Alibasovun 6-cı, L.Fedoseyeva-Şukşinanın isə 7-ci evliliyi idi.