Kseniya Sobçak cərimələndi

Kseniya Sobçak cərimələndi

Moskvanın Meşan Rayon Məhkəməsi televiziya aparıcısı Kseniya Sobçakı "Roskosmos"un baş direktorunun müşaviri İvan Safronova dəstək piketində ictimai tədbirin keçirilməsi qaydalarının pozulmasında təqsirli bilərək 20 min rubl məbləğində cərimələyib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə “TASS”a məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

"Məhkəmə Sobçakı ictimai tədbirin keçirilməsi qaydasının pozulmasında təqsirli bildi və 20 min rubl cərimə şəklində cəza təyin etdi", - məhkəmədə deyiblər.

Qeyd edək ki, İvan Safronov Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək FSB əməkdaşları tərəfindən tutulub. Onu 20 ilə qədər həbs cəzasının gözlədiyi bildirilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter