Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
- 20.04.2021, 22:30,
- Sosial / Xəbər
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabah Ramazan ayının 8-ci günüdür.“Qanunyolu.info.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 04:17, iftar isə saat 19:40-a təyin olunub.
Ramazan ayının 8-ci gününün duası:“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.
Tərcüməsi:“İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!”
Allah orucunuzu qəbul etsin!