Ömürlük həbsə məhkum edilən 3 şəxsin cəzası dəyişdirildi
- 18.03.2021, 16:25,
- Sosial / Xəbər
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb. “Qanunyolu.info.az” xəbər verir ki, siyahıda olan 3 ömürlük azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
Həmin şəxslərin adlarını təqdim edirik:3.1. Aslanov Azər Məhərrəm oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
3.2. Əhmədov Araz Vidadi oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
3.3. Əliyev Vüqar İbrahim oğlu, 1981-ci Ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.