DTX-nin tutduğu “Abu İbrahim Dağıstani”yə 19 il həbs cəzası verildi
- 05.09.2020, 11:50,
- Kriminal
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilmiş “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarını partlayıcı qurğularla təchiz edən mütəxəssis kimi fəaliyyət göstərmiş Güləliyev Bəhram Tağıbəy oğlunun məhkəməsi yekunlaşıb.DTX-dən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.