Bu gün Yel çərşənbəsidir
- 09.03.2021, 01:30,
- Sosial / Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.“Qanunyolu.info.az” xəbər verir ki, Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir.
Novruza hazırlıq mərhələsinin mühüm hissəsini təşkil edən İlaxır çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir. Bu çərşənbə xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır.
Erkən etiqadlara görə, çərşənbədə oyanan külək Yer üzünü gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da onun özünün tənzimlənməsi kimi qəbul edilir. Yel çərşənbəsində isti-soyuq küləklərin əsməsi yazın gəlişindən xəbər verir.
Yel babam, yelli babam,
Elim, obam batdı, gəl
Çərpələngim yatdı, gəl.Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.
Yel çərşənbəniz mübarək!