Bakıda qalan Rusiya vətəndaşlarının nəzərinə
- 04.12.2020, 17:05,
- Sosial / Xəbər
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabr ayında "Ural Hava Yolları" aviaşirkəti Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə üç çarter reysi həyata keçirəcək."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.
Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.
Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.