“Cavidin tabutu gələndə dedim ki, çiynimə qoyun” - Məşhur fotodakı şəhid anası+Video
- 16.11.2020, 00:30,
- Sosial / Bölgə / Xəbər
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Çoxu oğlunun tabutunu çiynində son mənzilə aparan ananın fotosunu sosial şəbəkələr vasitəsi ilə görsə də, paylaşsa da, onun barəsində məlumata sahib deyildi."Qanunyolu.info.az" xəbər verir ki, həmin məğrur ananın adı Səkinə Sahratovadır.
Səkinə xanım sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində oğlu Cavid Sahratovu şəhid verib. Gizir rütbəsini daşıyan Cavid tankçı olub. AzTV-yə danışan Yardımlı rayonunun Əsədabad kənd sakini Səkinə Sahratova deyib ki, mən oğlanlarımı Vətən üçün böyütmüşəm, hamısı əsgərliyini çəkib, Vətənə xidmət edib:
“Cavid kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Cavidin tabutu gələndə dedim ki, mənim çiynimə qoyun, son mənzilə də çiynimdə aparım”.
Həmin reportajı təqdim edirik:
Anacan Cavid ölməyibdir o, daima bütün Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Başını həmişə dik tut Səkinə ana. "Şəhidlər ölməz, Vətən bölünməz" - deyiblər!
ALLAH RƏHMƏT ELƏSİN!