Nazir vətəndaşlarla videobağlantıda danışdı

Nazir vətəndaşlarla videobağlantıda danışdı

Bu gün Təhsil naziri Emin Əmrullayev Abşeron rayon və Sumqayıt şəhər sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edib.

Təhsil Nazirliyindən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Nazir vətəndaşlarla videobağlantıda danışdı

Videoqəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.
Nazir vətəndaşlarla videobağlantıda danışdı

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter