Tarixi zəfər Neftçalada belə qeyd olundu - Fotolar
- 10.11.2020, 20:40,
- Sosial / Xəbər
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Ali Baş Komandan İlham Əliyev ötən gecə səbirsizliklə gözlədiyimiz şanlı qələbə xəbərini xalqımıza çatdırdıqdan sonra Neftçalada yüzlərlə gənc, qadın, uşaq, yaşlı şəhərin küçə və meydanlarına çıxıb, bu şad xəbəri bir-biri ilə bölüşüb, qəhrəman əsgər və zabitlərimizə, Ali Baş Komandan İlham Əliyevə sonsuz məhəbbət ifadə edən şüarlar səsləndirib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, sakinlər al bayraqlarla bəzədilmiş maşınlarla, atlarla şəhərin küçələrində yürüş edib, qalib ordumuzu, qələbəmizi vəsf edən mahnılar səsləndirib, rəqs edib, sevincli, bayram əhval-ruhiyyəli anlar yaşayıblar.
Həmçinin şəhərin mərkəzi meydanında quraşdırılmış monitor vasitəsilə Ali Baş Komandan İlham Əliyevin böyük qələbə xəbəri, Müdafiə Nazirliyinin məlumatları təkrar-təkrar izdiham iştirakçılarına çatdırılıb.