Araik Şuşa kilsəsində saxta videodan sonra Ermənistana qaçıb
- 01.11.2020, 17:50,
- Sosial / Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Özünü qondarma Dağlıq Qarabağın “prezident”i kimi təqdim edən Araik Arutyunyanın Şuşa kilsəsində çəkildiyi iddia edilən videomüraciəti sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub.Maraqlı məqamlardan biri odur ki, son 10 gün ərzində döyüş əməliyyatları ilə bağlı yayılan videoları, rəsmi məlumatları diqqətlə təhlil etdikdə bu videomüraciətin iddia olunduğu vaxtda, yəni oktyabrın 30-da çəkilmədiyi aydın görünür.
Belə ki, döyüş əməliyyatlarının getdiyi əraziləri, Azərbaycan Ordusunun irəliləmə dinamikasını, azad edilən yaşayış məntəqələrinin yerləşmə coğrafiyasını nəzərdən keçirdikdə asanlıqla müəyyən etmək olur ki, video oktyabrın 30-da deyil, ən azı həmin tarixdən 7-10 gün əvvəl lentə alınıb.
Müraciətin köhnə olmasına və tələsik hazırlanmasına səbəb isə Azərbaycan Ordusunun tezliklə həmin əraziləri azad edərək nəzarətə götürəcəyini qondarma qurum "rəhbərliyi"nin anlamasıdır.
"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Ordu.az-ın apardığı araşdırmaya əsasən, videosujet təxminən oktyabrın 20-22 tarixləri arasında lentə alınıb. Çəkilişdən dərhal sonra Araik Arutunyan öz “svitası” ilə Qarabağı tərk edib və Ermənistan ərazisində Ermənistan-Azərbaycan dövlət sərhədinin yaxınlığında qərarlaşıb.Beləliklə, döyüşlərdə mənasız yerə həyatını itirən və əlil olan erməni gənclərin taleyi həmişəki kimi Ermənistanın kriminal siyasi-hərbi rəhbərliyini maraqlandırmır.
