Noyabrın 2-dən dərslər distant formada keçiriləcək
- 29.10.2020, 21:30,
- Sosial / Təhsil / Xəbər
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda təhsil yenidən distant formada keçiriləcək."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin bu gün verdiyi qərara əsasən, Xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada olacaq.
Müəyyən edilməlidir ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycanın baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.
Qeyd edək ki, bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək.