Bərdəyə kasetli raketlər atılıb, yaralıların sayı 13-ə çatdı - Fotolar
- 27.10.2020, 19:10,
- Sosial / Xəbər
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb”."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.
“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H.Hacıyev vurğulayıb.