Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürüldü

Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürüldü

Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan tərəfi bu gün həlak olan daha 96 hərbçinin adlarını açıqlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, siyahıdan məlum olub ki, sentyabrın 27-dən Azərbaycanın Qarabağ bölgəsində başlayan döyüşlərdə tanınmış erməni terrorçu, “Malış” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib.

Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından bu da bəlli olub ki, terrorçu oktyabrın 9-da məhv edilib.

Məlumata görə, 1973-cü il təvəllüdlü M. Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub.
Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürüldü
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter