AFFA-dan ermənilərin öldürdüyü Şəhriyarla bağlı FIFA və UEFA-ya məktub
- 28.09.2020, 17:45,
- Sosial / İdman / Bölgə / Xəbər
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
AFFA FİFA və UEFA-ya məktub ünvanlayıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb. Qeyd olunub ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017/2018-ci il mövsümündə AFFA-nın təşkilatçılığı keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib.
Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verib, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FİFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb.
ALLAH RƏHMƏT ELƏSİN!