İcra başçısı şəhid ailələri ilə görüşdü - Fotolar

İcra başçısı şəhid ailələri ilə görüşdü - Fotolar

Oktyabrın 26-da Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə növbəti görüş keçirib.

“Qanunyolutv.az” xəbər verir ki, görüşdə icra başçısı ilə yanaşı YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı şəhid ailələri ilə görüşdü - Fotolar

Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.

Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra icra başçısı şəhid ailələri ilə görüşüb. 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından söz açaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun hərbi əməliyyatlarda nümayiş etdirdiyi hünərlərdən və qəhrəmanlıqlardan danışıb. Vətən müharibəsi ərəfində şirvanlı gənclərin könüllü olaraq orduya yazılmaq üçün səfərbər olmasından, həm ön cəbhədə, həm də arxa cəbhədəki vətənpərvərliklərindən bəhs edib.
İcra başçısı şəhid ailələri ilə görüşdü - Fotolar

İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib. İcra başçısı şəhid ailələrinin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib.

Qeyd edək ki, İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür. Onları narahat edən problemlərlə maraqlanır və həlli istiqamətində müvafiq tapşırıqlar verir.
İcra başçısı şəhid ailələri ilə görüşdü - Fotolar

İcra başçısı şəhid ailələri ilə görüşdü - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter