Qaradağda şəhidin anım mərasimi keçirildi - Fotolar

Qaradağda şəhidin anım mərasimi keçirildi - Fotolar

Qaradağ rayonunda şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun anım mərasimi keçirilib.

“Qanunyolutv.az” xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Qaradağda şəhidin anım mərasimi keçirildi - Fotolar

Şəhidin məzarı ziyarət olunub,məzarı üzərinə əklil qoyulub.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildiriblər.

Şəhidin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar.
Qaradağda şəhidin anım mərasimi keçirildi - Fotolar

ALLAH RƏHMƏT ELƏSİN!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter